PSJ "Real"a yarımmüdafiəçi Federiko Valverde üçün transfer təklifi göndərib.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes.net" məlumat yayıb.

Bildirilir ki, Paris klubu uruqvaylı futbolçu üçün Madrid klubuna 100 milyon avroluq rəsmi təklif ünvanlayıb.

"Real" təkliflə bağlı daxili müzakirələr aparır. "Kral klubu" Valverdenin əsas heyət futbolçusu olduğundan onun satışına tələsmək istəmir. Transferin gələcək taleyi yaxın günlərdə aydınlaşacaq.

Qeyd edək ki, Valverde 2018-ci ildən "Real"da çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest