Misli Premyer Liqasının XII turunda baş tutacaq "Sumqayıt" – "Qarabağ" oyunun biletləri satışa çıxarılıb.

Matc.az xənər verir ki, 21 noyabr, saat 19:00-da baş tutacaq qarşılaşmanın biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 17, 18, 19, 20 noyabr tarixlərində saat 15:00-19:00 arası, oyun günü saat 12:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 va 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest