"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Matc.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest