11 Noyabr 2025, 16:58
FUTBOL
"Barselona"nın futbolçusu Fermin Lopes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Sanderlend" ispaniyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Premyer Liqa təmsilçisi 22 yaşlı oyunçu üçün La Liqa klubuna 80 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Fermin Lopes bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 11 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.


_1762880428.jpg)









