11 Noyabr 2025, 12:15
FUTBOL
Argentina millisinin 3 futbolçusu noyabrın 14-də Luandada Anqolaya qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
Matc.az xəbər verir ki, söhbət “Atletiko”nun oyunçuları Xulian Alvares, Culiano Simeone və Nauel Molinadan gedir.
Bu futbolçular Afrika ölkəsinə giriş üçün tələb olunan tibbi sənədləri, o cümlədən sarı qızdırma peyvəndi barədə arayışı vaxtında rəsmiləşdirə bilməyiblər.
Qeyd edək ki, Argentina yığması Cənubi Amerika zonasında 38 xal toplayaraq DÇ-2026-nın seçmə mərhələsini birinci yerdə başa vurub.












