"Yuventus" və "Milan" "Arsenal"ın hücumçusu Qabriel Jezusla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə “Sport Mediaset” məlumat yayıb.

28 yaşlı braziliyalı futbolçu London təmsilçisini tərk etmək istəyir. Çünki baş məşqçi Mikel Arteta artıq ona güvənmir.

“Yuventus” və “Milan” bu vəziyyətdən yararlanmaq niyyətindədir. A Seriyası nəhəngləri qış transfer pəncərəsində “topçular”a təklif irəli sürməyi planlaşdırırlar.

Jezus hazırda çarpaz bağ zədəsini sağaldır. O, ən tez gələn ilin yanvarında yaşıl meydanlara qayıda biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest