"Forbes" nəşri 2025-ci ildə ən çox qazanan futbolçuların siyahısını açıqlayıb.

Matc.az xəbər verir ki, Kriştiano Ronalda bu il hamıdan çox qazanıb. "Əl-Nəsr"in portuqaliyalı ulduzu 280 milyon dollar gəlirəldə edib.

İkinci yerdə 130 milyon dollarla "İnter Mayami"də çıxış edən Lionel Messiddir. "Əl-İttihad"ın hücumçusu Kərim Benzema (104 milyon dollar) isə 3-cü yerdədir. Kilian Mbappe 95 milyon dollarla dördüncü, Erlinq Haaland isə 80milyon dollarla beşincidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest