"Çelsi"nin futbolçusu Koul Palmer yaşıl meydanlara gözləniləndən daha gec qayıdacaq.

"Çelsi"nin futbolçusu Koul Palmer yaşıl meydanlara gözləniləndən daha gec qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat yayıb.

İngiltərəli hücumameyilli yarımmüdafiəçinin noyabr ayının əvvəlində komandaya qoşulacağı gözlənilirdi. İtalyan mütəxəssis bildirib ki, 23 yaşlı futbolçu bundan sonra ən azı 6 həftə "mavilər"ə kömək edə bilməyəcək. Onun dekabr ayında sıraya dönəcəyi ehtimal edilir.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın qonağıdır. Komandalar arasındakı oyun oktyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest