25 Avqust 2026, 16:48
FUTBOL
Hücumçusu Sem Lammers və yarımmüdafiəçi Kristian Hlinsson zədə səbəbindən "Qarabağ"la keçiriləcək vacib oyunu buraxacaqlar.
Niderlandın "Tvente" klubunun hücumçusu Sem Lammers və yarımmüdafiəçisi Kristian Hlinsson zədə səbəbindən "Qarabağ"la keçiriləcək vacib oyunu buraxacaqlar.
Matc.az xəbər verir ki, bu barədə "Twente Nieuws" məlumat yayıb.
Bildirilir ki, hər iki futbolçu zədəli olduğu üçün komanda ilə birlikdə Bakıya uçmayacaq. Bu itkilər "Tvente"nin baş məşqçisi Con van den Brom üçün ciddi sıxıntı yaradıb və o, heyətdəki boşluğu doldurmaq üçün əvəzedici komandadan müdafiəçi Yip Meilink ilə yarımmüdafiəçi Benjamin Naqeli əsas heyətə cəlb edib.
Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməli olan Enşede təmsilçisinin Bakıdakı matça Lars Unnerştall, Bart van Rooi, Robin Pröpper, Yulniya Nijstad, Ankersen Adelqaard, Ramiz Zerruki, Dauuda Vaydman, Daan Rots, Marko Pyatsa, Kristian Oryaseter və Vaut Veqhorst onbiri ilə çıxacağı gözlənilir.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.













