07 Oktyabr 2025, 20:00
FUTBOL
Londonun "Arsenal" klubu "Emirates Stadionu"nu təmir etməyi düşünür.
Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, "Arsenal" hazırkı tamaşaçı tutumu 60 000 olan stadionu daha 10 000 nəfər artıraraq 70 000-ə çatdırmaq istəyir. İşin dəyəri isə 580 milyon avro olaraq qiymətləndirilir.
Təmir işləri zamanı "topçular" müvəqqəti olaraq İngiltərənin əsas arenası olan "Uembli"yə köçə bilər. Arsenal daha əvvəl 1998-2000-ci illərdə bu stadionda çıxış edib.
Xatırladaq ki, "Emirates Stadionu" 20 ildən əvvəl tikilib. Tikinti 2004-cü ildə başlayıb və 2006-cı ildə tamamlanıb. "Arsenal" əfsanəvi "Hayberi"ni tərk etdiyi 2006/07 mövsümündən bəri bu stadionda oynayır.












