"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Finlandiya təmsilçisi "KuPS"la matçdan sonra baş tutan mətbuat konfransında oyun barədə açıqlamalar verib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis qol fürsətlərini boşa xərclədiklərini vurğulayıb.

"Komandamızı qələbə münasibəti ilə təbrik edirəm. Bu, çox möhtəşəm duyğudur. Azarkeşlərə də öz təşəkkürümü bildirirəm. Lakin bir balaca məyusam. Çünki bir çox qol fürsətlərini boşa verdik. Hər iki hissədə üstün oynadıq. Qarşılaşmanın son anlarında da bizim bəxtimiz gətirdi. Rəqib az qala hesabı bərabərləşdirə bilərdi. İndi bizi səfərdə çətin cavab görüşü gözləyir. Bu gün yararlana bilmədiyimiz qol fürsətlərindən səfərdə maksimum istifadə edəcəyik".

Qeyd edək ki, "Sabah" - "KuPS" matçı Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest