"Mançester Siti" "Atletiko"nun sağ cinah müdafiəçisi Nauel Molina ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" paylaşıb.

Bildirilir ki, ingilis klubu 27 yaşlı futbolçunu qış "transfer pəncərəsi"ndə ala bilər.

Mançester təmsilçisi Molinanı Xosep Qvardiolanın komandası üçün bir çox tələblərə cavab verən oyunçu hesab edir.

Qeyd edək ki, müdafiəçi 2022-ci ilin yayından Madrid klubundadır. Bu mövsüm Molina bütün yarışlarda 8 matçda meydana çıxıb, lakin fərqlənə bilməyib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 20 milyon avrodur.

Molina 2022-ci ildə Argentina yığması ilə dünya çempionatının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest