"Mançester Siti" rəhbərliyi London "Çelsi"sinin portuqaliyalı cinah hücumçusu Pedru Netunun transferi variantını ciddi şəkildə nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, "şəhərlilər"in hazırkı çalışdııcısı Entso Mareska "göylər"in düşərgəsindəki birgə fəaliyyətdən 26 yaşlı vingerin imkanlarına yaxından bələddir.

Mançester təmsilçisinin seleksiya xidməti Netunu hələ 2024-cü ilin yayında "Stamford Bric"ə transfer olunmazdan əvvəl izləyirdi. "Mançester Siti" rəhbərliyinin həmçinin PSJ-dən İbrahim Mbaye və "Leypsiq"dən Yan Diomandenin namizədliyini araşdırdığı bildirilir.

Klub rəhbərliyi mümkün kadr itkilərinə görə hücumun cinahlarında axtarışları aktivləşdirib. Belə ki, "şəhərlilər"in vingeri Savinyonun xidmətində Londonun "Tottenhem" klubu yaxından maraqlanır və hazırda braziliyalı futbolçunun keçidini rəsmiləşdirməyə çalışır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest