Fransa millisinin kapitanı Kilian Mbappe 2026-cı il dünya çempionatını parlaq fərdi nailiyyətlərlə başa vurub.
Matc.az xəbər verir ki, bu barədə "Prime Video Sport France" idman kanalı məlumat yayıb.
Bildirilir ki, turnirin ən məhsuldar oyunçusu statusu və dünya çempionatları tarixinin ən yaxşı snayperi adından başqa, hücumçu həm də yarışın ən sürətli futbolçusu olub. O, turnir ərzində 37,61 km/saat sürət yığıb.
Ən sürətli futbolçuların reytinqində Mbappe isveçli Entoni Elanqa (37,16 km/saat) və niderlandlı Mikki van de Veni (36,77 km/saat) qabaqlayıb. Siyahıda dördüncü yeri avstraliyalı Cordan Bos (36,67 km/saat) tutub, "Mançester Siti"nin hücumçusu Erlinq Haland isə 36,52 km/saat göstərici ilə beşinci olub.
Dünya çempionatının ən sürətli 10 oyunçusu sırasına Fransa millisinin eyni vaxtda üç təmsilçisi daxil olub. Mbappedən başqa, Bredli Barkola (7-ci yer) və Teo Ernandes (9-cu yer) də yüksək sürət göstəriciləri nümayiş etdiriblər.
Qeyd edək ki, Fransa yığmasının dünya çempionatında medalsız qalıb. Komanda yarımfinalda İspaniyaya (0:2), bürünc medal uğrunda matçda isə İngiltərəyə (4:6) uduzub. Turnirin çempionu isə "Furiya Roxa" olub. Luis de la Fuentenin yetirmələri finalda əlavə vaxtda Argentina komandasına (1:0) qalib gəliblər.






_1784928428.jpg)






