Niderlandlı mütəxəssis Mark van Bommel Belçika millisinin baş məşqçisi vəzifəsinə təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Rəsmi açıqlamada "Belçika Kral Futbol Assosiasiyası 49 yaşlı Mark van Bommelin 2026-cı il avqustun 15-dən etibarən "qırmızı şeytanlar"ın yeni baş məşqçisi təyin olunduğunu elan etməkdən məmnundur. Mark van Bommel Belçika milli komandasına 2028-ci il avropa çempionatına qədər rəhbərlik edəcəyi müqaviləyə imza atıb" sözləri qeyd olunub.

Məşqçi kimi Mark van Bommel PSV, "Volfsburq" və "Antverpen" klublarına rəhbərlik edib. O, "Antverpen"də ciddi uğurlar qazanaraq, komandanı 2022/2023-cü illər mövsümündə daxili arenada tarixi "qızıl dubl"a – Belçika Pro-Liqasında və Belçika Kubokunda qələbəyə daşıyıb.

Belçika yığmasının yeni məşqçilər heyətinə Budeveyn Zenden, Marten Martens və Reynır Robbemondun daxil olacağı qeyd edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest