I Liqada IV tura yekun vurulub.

Matc.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

"Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Difai"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mövsümdə ilk qələbəsini qazanan "Cəbrayıl" 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Difai" isə sonuncu yerdədir.

"Cəbrayıl" - "Difai" 4:0
Qollar: 
B.Soltanov, 12, D.Açimi, 43, N.Lobe, 59, A.Eli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest