"Fənərbaxça"nın UEFA Avropa Liqası Liqa mərhələsinin I turu çərçivəsində səfərdə "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, qarşılaşmanı Fransadan olan Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri olan həmyerliləri Aleksis Oger və Ervan Fenyan kömək edəcəklər.

Tomas Leonar isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Dinamo" - "Fənərbaxça" matçı 24 sentyabr tarixində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest