Futbol üzrə Moldova yığmasının baş məşqçisi Sergey Kleşşenko DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Norveçə böyük hesablı məğlubiyyətdən sonra istefa verib.

Matc.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının saytı məlumat yayıb.

Xatırladaq ki, Moldova evdə Norveçə 1:11 hesabı ilə uduzmuşdu. Bu, millinin tarixində ən böyük hesablı məğlubiyyət olub. Bundan əvvəl ən böyük məğlubiyyət, 2021-ci ilin martında Danimarka ilə 0:8 hesabı ilə başa çatan oyun olub.

Kleşçenko 2021-ci ilin dekabrında milli komandaya rəhbərlik edib. Bu müddət ərzində o, 12 qələbə qazanıb, 8 heç-heçə edib və 18 məğlubiyyətlə üzləşib.

2026-cı il dünya çempionatının seçmə mərhələsində Moldova 5 oyunun hamısında məğlub olaraq sonuncu yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest