09 Sentyabr 2025, 00:05
FUTBOL
Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində ikinci oyununa çıxır.
Matc.az xəbər verir ki, yığmamız Bakıda Ukrayna seçməsini qəbul edir.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu gün AFFA Fernandu Santuşla yollarını ayırıb. Millimizi matça Ayxan Abbasov çıxaracaq.
DÇ-2026
Seçmə mərhələ, D qrupu
9 sentyabr
Azərbaycan - Ukrayna
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
(Hakimlər briqadası Yunanıstandandır)