Serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin "Sivasspor" klubu ilə razılıq əldə edilib.
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin "Sivasspor" klubu ilə razılıq əldə edilib. Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında komandamızın uğurları üçün çalışacaq.
Simiç karyerası ərzində "Sivasspor"la yanaşı, Serbiyanın "Srvena Zvezda" (2012-2013, 2018-2021), "Zemun" (2018), "Voyvodina" (2021-2023), İsveçrənin "Bazel" (2013-2017), "Şaffhauzen" (2016), "Kyasso" (2016-2017), "Vintertur" (2017), Sloveniyanın "Domjale" (2014-2015) və Kiprin "Omoniya" (2023-2025) klublarında çıxış edib.
Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub. O, "Sabah"da 21 nömrəli formada çıxış edəcək.