"Real"ın yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi Federiko Valverde həftənin oyunçusu seçilib.
Uruqvaylı futbolçu Madrid təmsilçisinin doğma meydanda "Mançester Siti"ni 3 cavabsız qolla məğlub etdiyi matçda het-trikə imza atıb. Valverde hər üç qolu qarşılaşmanın ilk hissəsində rəqib qapısından keçirib.
Səsvermədə ikinci pilləni "Atletiko"dan Yulian Alvares, üçüncü yeri PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya, dördüncü yeri isə "Bavariya"nın futbolçusu Maykl Olise tutub.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları 17-18 mart tarixlərində keçiriləcək.












