12 Mart 2026, 19:42
FUTBOL
"Liverpul" və "Mançester Yunayted" "Yuventus"un mərkəz müdafiəçisi Pyer Kalulu ilə maraqlanır. Lakin Turin klubu 25 yaşlı futbolçunu heyətində saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Bildirilir ki, Kalulunun "Liverpul" və ya "Mançester Yunayted"ə keçmə ehtimalı hazırda bəlli deyil, lakin o, bu klublarda daha çox qazana bilər.
Bu mövsüm Kalulu bütün yarışlarda 39 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 28 milyon avrodur.












