12 Mart 2026, 13:50
FUTBOL
"Yuventus" "Aston Villa"nın qapıçısı Emiliano Martinezlə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat paylaşıb.
Bildirilir ki, İtaliya klubu 2026-cı ilin yayında "şirlər"dən ayrıla biləcək 33 yaşlı qapıçı haqqında məlumat istəyib.
Martinezin İngiltərə klubu ilə 2029-cu ilin iyun ayının sonuna qədər müqaviləsi var. "Transfermarkt" onun dəyərini 15 milyon avro qiymətləndirir.
Qeyd edək ki, argentinalı qapıçı 2020-ci ilin sentyabr ayından "Aston Villa"da oynayır. O vaxtdan bəri o, 242 oyun keçirib, 290 qol buraxıb və 74 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Cari mövsümün isə Martinez 30 matçda meydana çıxıb, 34 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.












