12 Mart 2026, 14:23
FUTBOL
"Real"ın futbolçusu Tyaqo Pitariç klubun tarixinə düşüb.
"Real"ın futbolçusu Tyaqo Pitariç klubun tarixinə düşüb.
Matc.az xəbər verir ki, o, Madrid klubu ilə Çempionlar Liqasının pley-off mərhələlərində start heyətdə meydana çıxan ən gənc ispaniyalı futbolçu olub.
"Mançester Siti" ilə matçda start heyətdə yer alan Tyaqo 18 yaş 220 günlük olub.
Bundan əvvəlki rekord isə Raul Qonsalesə aiddir. O, 1996-cı ildə - 18 yaş 248 günlük olarkən Çempionlar Liqasının pley-off matçında "Yuventus"a qarşı oyunun start heyətində meydana çıxıb.












