"Real" bu yay yarımmüdafiəçi Eduardo Kamavinqa üçün təklifləri nəzərdən keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, Madrid klubunun oyunçu üçün təyin etdiyi başlanğıc qiymət 50 milyon avrodur.

Kamavinqa 2021-ci ilin yayından "Real"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 31 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest