13 Mart 2026, 11:52
FUTBOL
"Beşiktaş" mövsümün sonunda iki futbolçusu ilə yollarını ayıracaq.
Matc.az xəbər verir ki, bunlar Jota silva ilə Taylan Bulutdur. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul nəhəngi "Nottingem Forest"dən icarəyə götürdüyü portuqaliyalı vinger üçün 17 milyon avroluq satınalma bəndini işə salmayacaq. 26 yaşlı vingerin performansı baş məşqçi Sergen Yalçını qane etmir.
Taylan Bulutla bağlı vəziyyət də eynidir. "Qara qartallar" 20 yaşlı sağ cinah müdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək.












