"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, London təmsilçisinin əsas hədəfi "Brentford"da çıxış edən İqor Tiaqodur. Bu barədə "TEAMtalk" məlumat yayıb.

London təmsilçisi braziliyalı forvardı transfer etməyə çalışacaq. "Mançester Siti" və "Bavariya" da 25 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, İqor Tiaqo bu mövsüm "Brentford"un heyətində keçirdiyi 31 oyunda 21 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest