"Qalatasaray" "Monako"nun müdafiəçisi Vilfred Sinqonu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı İstanbul klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, "asarı-qırmızılılar" Fil Dişi Sahili millisinin üzvü üçün Fransa klubuna 30 milyon avro təzminat ödəyəcək. 24 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb. Sinqoya illik 4,8 milyon avro maaş veriləcək və 90 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Monako" Vilfred Sinqonu 2023-cü ilin yayında "Torino"dan transfer edib. O, ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində 35 rəsmi oyunaçıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest