09 Avqust 2025, 10:07
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Real" futbolçusu Qonsalo Torreslə müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı hücumçu ilə yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun artıq Madrid təmsilçisinin əsas komandasının bir hissəsi olacağı vurğulanır.
Torres "kral klubu" sisteminə 2014-cü ildə 10 yaşında qoşulub. Bu yay hücumçu klublararası dünya mempionatının 6 oyununda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

            
 










