02 Avqust 2025, 19:50
FUTBOL
"Turan Tovuz" bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, komanda Albaniya təmsilçisi "Flamurtari" ilə üz-üzə gəlib.
Oyun rəqib komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
"Flamurtari" ötən mövsüm Albaniya 1-ci divizionunu 2-ci pillədə başa vurub.
Qeyd edək ki, "Turan Tovuz" bunadək "Çorum" və "Keçiörengücü" ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0.