"Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində  bu gün Sloveniyanın "Çelye" komandası ilə cavab oyununa çıxır.

Matc.az xəbər verir ki, qarşılaşma Sloveniyanın Çelye şəhərində baş tutacaq.

Bakı vaxtı ilə 22:00-da start götürəcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər. 

Cütün qalibi Avropa Liqasının II təsnifat mərhələsində AEK (Kipr) - "Partizan" (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab görüşü
17 iyul

22:00. "Çelye" – "Sabah"
"Zdejele" stadionu. 
Hakimlər: Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)
(İlk oyun - 3:2)

 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest