Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Joau Palinya karyerasını A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bild" paylaşıb.

Bildirilir ki, portuqaliyalı futbolçu ilə "İnter" maraqlanır. "Bavariya" onu 25-30 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, J.Palinyanın müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, ötən ilin yayında "Fulhem"dən 51 milyon avro qarşılığında transfer olunub, cəmi 25 rəsmi oyuna çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest