13 İyul 2025, 17:23
FUTBOL
"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəsl" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"nin formasını geyinib. Onun son klubu Macarıstan "Ferentsvaroş"u olub.