UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi Belçikanın "Anderlext" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma "Aris"in 1:0 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Sarı-qaralar" növbəti yoxlama oyununda Niderlandın "AZ Alkmaar" klubu ilə qarşilaşacaq.

Xatırladaq ki, "Aris" ilk yoxlama oyununda Şotlandiyanın "Livinqston" klubuna 1:3 hesabı ilə uduzub.

"Araz-Naxçıvan"ın "Aris"lə oyunları 24-31 iyul tarixlərində baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest