"Barselona" hücumçu Niko Uilyamsın transferi üçün "Atletik"ə 22 yaşlı futbolçunun müqaviləsində nəzərdə tutulmuş məbləğdən çox pul ödəməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "El Correo" məlumat yayıb.

Bildirilir ki, ispan futbolçunun Bilbao klubu ilə müqaviləsində 58 milyon avroluq satınalma maddəsi var. Kataloniya klubu hissə-hissə ödəmək şərti ilə "Atletik"ə daha böyük məbləğ ödəməyə hazırdır. Hazırda "Barselona"nın bu pulu tam ödəmək imkanı yoxdur. "Atletik" isə məbləğin bir dəfəyə ödənilməsində israr edir.

Qeyd edək ki, ötən mövsüm Uilyams bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. 22 yaşlı  hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest