"Biz özümüzə inanırıq. Çünki keçən mövsüm keyfiyyətli rəqibə qarşı hər oyunu çox yaxşı keçirdik"

Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye"nin baş məşqçisi Albert Riera açıqlama verib.

Matc.az xəbər verir ki, Sloveniya klubunun rəsmi saytına danışan ispan mütəxəssis komandasına inandığını deyib:

"Unutmaq olmaz ki, hər bir komanda daxili çempionat və ya kubok vasitəsilə avrokuboklara vəsiqə qazanır. Bu da onların ciddi və keyfiyyətli rəqib olması deməkdir. İlk maneəmiz Azərbaycan təmsilçisi “Sabah” olacaq. Həmin matça qədər hələ çox vaxtımız olduğu üçün rəqibi hərtərəfli təhlil edə biləcəyik. Biz özümüzə inanırıq. Çünki keçən mövsüm keyfiyyətli rəqibə qarşı hər oyunu çox yaxşı keçirdik".

Qeyd edək ki, "Sabah"  "Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest