"Əl-Hilal" Viktor Osimheni transfer etməkdə israrlıdır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

10 gün öncə təklifi rədd edilən Səudiyyə Ərəbistanı klubu yenidən Osimhenlə danışıqlara başlayacaq. Ərəblər nigeriyalı forvarda illik 50 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, müqavilə ilə "Napoli"yə məxsus olan Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest