"Real" "Çelsi"nin və Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandesin transferində maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. "Kral klubu" 25 yaşlı argentinalı üçün ilk rəsmi təklifini hazırlayır.

Qeyd olunur ki, "Real" artıq Entso ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Daha əvvəl London klubunun Fernandes üçün ən azı 120 milyon funt-sterlinq qazanmağı planlaşdırdığı bildirilirdi.

Fernandes 2025/26 mövsümündə 54 matçda meydana çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest