"Barselona"nın keçmiş yarımmüdafiəçisi Tiaqo Alkantara Hans-Diter Flikin məşqçilər korpusunun üzvü kimi Kataloniya klubuna qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, alman mütəxəssis Alkantaranı "Barselona"dakı ilk günlərindən komanda ilə məşqçilər korpusu arasında vacib halqa hesab edirdi.

Tərəflər hazırda mümkün əməkdaşlıq barədə danışıqlar aparır, baxmayaraq ki, Tiaqonun dəqiq mövqeyi hələ müəyyən edilməyib. Onun köməkçi məşqçi, analitik və ya məsləhətçi kimi işləmək variantları nəzərdən keçirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest