"Tottenhem" Tomas Frankın London komandasına baş məşqçi təyin olunduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 51 yaşlı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Tomas Frankın son iş yeri "Brentford" olub. Danimarkalı mütəxəssis 2018-ci ilin oktyabrından komandanı çalışdırıb.

İngiltərə Premyer Liqasının son mövsümünün yekununda "Tottenhem" 17-ci, "Brentford" isə 10-cu yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest