UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Matc.az xəbər verir ki, "Tottenhem" Londonda Norveçin "Bodo-Qlimt" klubunu qəbul edib. Qarşılaşma İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasındakı cavab matçı mayın 8-də keçiriləcək.

"Tottenhem" (İngiltərə) – "Bodo-Qlimt" (Norveç) 3:1
Qollar:
Brennan Conson, 1, Ceyms Meddison, 34, Dominik Solanki, 61 (pen) - Ulrik Santnes, 83

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest