Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Matc.az xəbər verir ki, yarımfinalın ilk oyunları İspaniya və İngiltərədə baş tutub.

"Atletik" Bilbaoda "Mançester Yunayted"ə uduzub, "Tottenhem" isə Londonda "Bodo-Qlimt"ə qalib gəlib.

Qeyd edək ki, yarımfinalın cavab oyunları 8 may tarixində keçiriləcək.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
1 may

23:00. "Atletik" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 0:3
Qollar:
Kazemiro, 30, Bruno Fernandeş, 37 (pen), 45
Qırmızı vərəqə: Dani Vivian, 36 ("Atletik")

23:00. "Tottenhem" (İngiltərə) – "Bodo-Qlimt" (Norveç) 3:1
Qollar:
Brennan Conson, 1, Ceyms Meddison, 34, Dominik Solanki, 61 (pen) - Ulrik Santnes, 83

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest