07 Dekabr 2024, 16:19
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
2025-ci ildə ABŞ-da keçiriləcək klublararası dünya çempionatının oyunlarının təqvimi müəyyənləşib.
Matc.az xəbər verir ki, turnir gələn il iyunun 15-dən iyulun 13-dək yenilənmiş formatda keçiriləcək.
İlk dəfə olaraq yarışda 32 klub iştirak edəcək.
Turnirin açılış oyununda A qrupunda yer alan "Əl Əhli"(Misir) "İnter Mayami" ilə qarşılaşacaq. Klublararası dünya çempionatının pley-off mərhələsi iyunun 28-də başlayacaq.
Qrup mərhələsinin və pley-off oyunlarının tam təqviminə buradan baxa bilərsiniz.

 
             
 















