“Real”ın saytı ötən mövsüm dünyanın ən çox ziyarət edilən futbol klubu saytı olub. Matc.az xəbər verir ki, “kral klubu”nun rəsmi saytına ayda orta hesabla 8,9 milyon dəfə baxılıb.

İspaniya nəhənginin saytı ardıcıl 8-ci ildi bu göstəricidə liderdi.

Reytinqdə ikinci yeri “Liverpul”, 3-cü pilləni isə “Mançester Yunayted” tutur.

İlk “10-luq” belədi:

1. “Real” – ayda orta hesabla 8,9 milyon baxış;

2. “Liverpul” – 8,2 milyon

3. “Mançester Yunayted” – 6,9 milyon;

4. “Arsenal” – 6,4 milyon;

5. “Bavariya” – 5,4 milyon;

6. “Çelsi” - 4,7 milyon;

7. “Mançester Siti” – 3,5 milyon;

8. “Barselona” – 3,2 milyon;

9. PSJ – 2 milyon;

10. “Milan” – 1,7 milyon.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest