10 Avqust 2024, 20:32
FUTBOL
Bu gün Londonun “Uembli” stadionunda “Mançester Siti” və “Mançester Yunayted” arasında İngiltərə Superkubokunun oyunu keçirib.
Görüşün əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqlənə bilib. Oyunun əlavə vaxtında da hesab dəyişmədiyindən penaltilər seriyası yerinə yetirilib. Penaltilərdə daha dəqiq olan “Mançester Siti” Superkubokunun sahibi olub.
Qeyd edək ki, “Mançester Siti” 2019-cu ildən bəri ilk dəfə İngiltərə Superkubokunu qazanıb. Bu kubok sayca klub tarixində yeddincidir.
İngiltərə Superkuboku
“Mançester Siti” – “Mançester Yunayted” - 1:1 (penaltilər 7:6)
Qollar: Bernardo Silva 89 // Qarnaço 82.
London, Uembli