“Əl-Nəsr” klubu 39 yaşlı ulduz futbolçusu Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında danışıqlar prosesi gələn ilin yayında başlayacaq. “Əl-Nəsr” portuqaliyalı futbolçunun maaşını artırmağı planlaşdırır. Ronaldonun hazırkı maaşının 200 milyon avro olduğu vurğulanır.

Xatırladaq ki, portuqaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 44 qol vurub, 13 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Ronaldonun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest