Devid Bekhem Lionel Messinin "İnter Mayami"yə transferi ilə bağlı maraqlı açıqlamalar verib.

Matc.az xəbər verir ki, klubunun sahibi ulduz futbolçunun transferində məqsədinin başqa olduğunu vurğulayıb.

“Messini MLS-də meydanda görmək sadəcə inanılmazdır. Həmişə deyirdim ki, Leonu Amerikaya təkcə “İnter Mayami” üçün deyil, bütün ölkə, MLS, ümumiyyətlə, idman üçün gətirmişəm.

Mən indi Amerika və Kanadanın istənilən stadionuna gəlib Messi kimi hücumçuya baxa biləcək yeni nəsil uşaqları ruhlandırmaq istədim”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest