15 Aprel 2024, 09:49
FUTBOL
“Bayer”in yarımmüdafiəçisi Florian Virts Bundesliqa tarixinə düşüb. Matc.az xəbər verir ki, o, çempionluq görüşündə het-trik edən ilk oyunçu olub.
Gənc pleymeyker XXIX turda “Verder”i 5:0 hesabı ilə məğlub etduikləri görüşdə rəqib qapısına 3 dəfə yol tapıb. Maraqlıdı ki, fasilədən sonra meydana daxil olan Virtsə het-trik üçün bir hissə kifayət edib.
Qeyd edək ki, Florian Virts bu mövsüm 29 çempionat matçında 11 qol vurub, 10 məhsuldar ötürmə verib.