“Palmeyras”ın hücumçusu Endrik gələn mövsümdən “Real”ın əsas komandasında çıxış edəcək. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, “kral klubu” 17 yaşlı forvardı icarəyə vermək və ya onu “Kastilya”ya göndərmək barədə düşünmür. Müqavilədə nəzərdə tutulduğu kimi, braziliyalı iyulun 1-dən İspaniya nəhənginə qoşulacaq.

Qeyd edək ki, “Real” Endrik üçün “Palmeyras”a 45 milyon avro ödəyib. Hücumçu Braziliya klubunda 67 oyunda 19 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest