“Vest Hem”in hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa “Mançester Siti”yə keçə bilər. Matc.az xəbər verir ki, “şəhərlilər” növbəti transfer pəncərəsində komandanın gücləndirilməsi üçün 26 yaşlı braziliyalının namizədliyini nəzərdən keçirir.

Premyer Liqa nəhəngi ötən ilin yayında da oyunçunu almağa cəhd etmiş, lakin yarımmüdafiəçinin mərc qaydalarını pozmaqda şübhəli bilinməsi səbəbindən keçid uğursuz alınmışdı. “Mançester Siti” yenidən cəhd etmək qərarına gəlib.

Paketa 2022-ci ilin yayından “Vest Hem”də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 34 oyunda iştirak edib, 7 qol vurub, 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Lukas Paketa Braziliya millisində 44 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest